İran və Liviyaya qaçaq yolla silah satmış ər-arvad həbs edilib

İran və Liviyaya qaçaq yolla silah satmış ər-arvad həbs edilib Onların İranın keçmiş prezidenti Mahmud Əhmədinijetla fotosu var
Region
1 Fevral , 2017 16:17
İran və Liviyaya qaçaq yolla silah satmış ər-arvad həbs edilib

Bakı. 1 fevral. REPORT.AZ/ İrana və Liviyaya qaçaq yolla silah satan Mario Di Leva və həyat yoldaşı Annamarianı İtaliya polisi həbs edib.

“Report” İHA-ya istinadən xəbər verir ki, ər-arvada qarşı “silah embarqosu tətbiq edilən ölkələrə qaçaq yolla silah satmaq” ittihamı irəli sürülüb.

Qaçaqmalçılıqda İtaliyaya məxsus 3, Liviyanın isə bir helikopteri də iştirak edib. Onlardan hava yolu ilə quruya raket satılmasında istifadə olunub. İtaliyanın “Societa Etaliana Elcotter” istehsalçısının da bu qanunsuz əməldə iştirakı iddia olunur.

Qeyd edək ki, qaçaqmalçı ər-arvadın İranın keçmiş prezidenti Mahmud Əhmədinijetla fotosu var. 

Son xəbərlər

Orphus sistemi