Yuxarı

İran və Ermənistan arasında viza rejiminin ləğvi barədə memorandum qüvvəyə minib

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb

Bakı. 11 avqust. REPORT.AZ/ İran və Ermənistan arasında bu il iyunun 5-də imzalanmış viza rejiminin ləğv edilməsi haqqında memorandum qüvvəyə minib.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 11-də yaydığı məlumatda deyilir.

Ermənistan XİN-nin rəsmi Facebook səhifəsində bildirilib ki, sənədə əsasən Ermənistan və İran vətəndaşları 180 günlük müddət ərzində ölkədə 90 gündən çox qalmamaq şərtilə vizadan azaddır.

Belə ki, 90 gün ərzində iki ölkənin vətəndaşı İran və Rusiya ərazisində vizasız qala bilər. Hər iki ölkənin aidiyyəti orqanları bu müddətin uzadılması səlahiyyətinə sahibdirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi