Yuxarı

Vəliulla Seyf: "​İran və Azərbaycan birgə bank yaradılması ilə bağlı razılığa gəlib"

Məqsəd bank münasibətlərinin dərinləşdirilməsi, hesablaşmalara dair əməliyyatların sadələşdirilməsidir

Bakı. 8 avqust. REPORT.AZ/ İran və Azərbaycan birgər regional bank yaratmaq və iki ölkə arasında maliyyə sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. 

"Report" İRNA-ya istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Mərkəzi Bankının rəhbəri Vəliulla Seyf açıqlama verib.

"Bu təklif İran tərəfdən irəli sürülüb. Məqsəd bank münasibətlərinin dərinləşdirilməsi, hesablaşmalara dair əməliyyatların sadələşdirilməsidir və artıq razılıq predmetinə çevrilib. Gələcəkdə birgə bankın yaradılması ilə bağlı bütün addımlar atılacaq" - deyə İranın baş bankiri qeyd edib.

O, həmçinin iki ölkənin turistləri və sahibkarları üçün maliyyə əməliyyalarının təhlükəsizliyinin təmin edilməsinin vacib olduğunu vurğulayıb.

Xatırladaq ki, V.Seyf İran prezidenti Həsən Ruhanini Azərbaycana səfərində müşayiət edən nümayəndə heyətində təmsil olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi