Yuxarı

İran uranın 3,67 faizdən artıq təmizlənməsinə başlayıb

İran uranın 3,67 faizdən artıq təmizlənməsinə başlayıb

İran uranın 3,67 faizdən artıq səviyyədə təmizləməyə başlayıb.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının (AEOİ) sözçüsü Bəhruz Kamalvəndi bildirib.

AEOİ həmçinin “nüvə sazişi”lə bağlı öhdəliklərini ixtisarın üçüncü mərhələsi çərçivəsində fəaliyyətdəki təmizləmə qurğularının sayını artıra biləcəklərini açıqlayıb.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogeriniyə məktub göndərdiyi də bildirilir. Həmin məktubda İranın “nüvə sazişi” iştirakçılarına irəli sürdüyü tələblərə dair qərar vermək üçün 60 gün vaxt verdiyi, həmin müddət başa çatdıqdan sonra üçüncü mərhələdə hansı öhdəliklərindən vaz keçəcəklərini açıqlayacaqları deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi