Yuxarı

İran Ukrayna təyyarəsinin “qara qutu”larını xaricə göndərməyib

​İran Ukrayna təyyarəsinin “qara qutu”larını xaricə göndərməyib

İran Tehran üzərində raketlə vurulan “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsinin “qara qutu”larını oxunması üçün xaricə göndərmək barədə qərar qəbul etməyib.

“Report” “İRNA”ya istinadən xəbər verir ki, bunu İranın Mülki Aviasiyası Təşkilatının Hadisələrin Araşdırılması Bölməsinin başçısı Həsən Rezayefar açıqlayıb.

Onun sözlərinə görə, İran müstəqil olaraq Ukrayna təyyarəsinin bort qeydiyyatçılarının şifrəsini açır və hələlik rəsmi Tehran onların xaricə göndərilməsi ilə bağlı son qərar verməyib.

“İran mütəxəssisləri hazırda qəzaya uğrayan Ukrayna təyyarəsinin “qara qutu”larını araşdırırlar. İndiyədək onları başqa ölkəyə göndərmək barədə qərar qəbul edilməyib”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi