Yuxarı

İran Suriyada terrorçuluğa qarşı mübarizə aparmaq üçün infrastrukturunu Rusiyanın istifadəsinə verəcək

Katib bu tədbirin razılaşma çərçivəsində reallaşacağını bildirib

Bakı. 16 avqust. REPORT.AZ/ İran Suriyada terrorçuluğa qarşı mübarizə aparmaq üçün infrastrukturunu Rusiyanın istifadəsinə verəcək.

"Report" xəbər verir ki, bunu İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani İRNA-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Suriyada terrorçuluğa qarşı mübarizə aparmaq üçün Moskva ilə Tehran arasında strateji tərəfdaşlıq anlaşması mövcuddur. Katib bu tədbirin həmin razılaşma çərçivəsində reallaşacağını bildirib.

Xatırladaq ki, avqustun 16-da Rusiyanın "Tu-22M3" və "Su-34" bombardmançı təyyarələri İranın Həmədan bölgəsində hərbi aerodromundan qalxaraq, Suriyanın üç əyalətində terrorçu İŞİD qruplaşması və "Cebhat-ən-Nusra"nın mövqeylərinə zərbə endiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi