Yuxarı
    Bağlamaq

    İran Türkiyəyə xəbərdarlıq edib

    İRAN XİN rəhbərinin fikrincə, bu addım regionda gərginliyin artmasına gətirib çıxara bilər

    Bakı. 3 oktyabr. REPORT.AZ/ İran İraq və Suriyada koalisiya əməliyyatlarında iştirakın nəticələri haqqında Türkiyəni xəbərdar edib. "Report" İran KİV-nə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Mohammed Javad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon əlaqəsi saxlayıb və bu addımın regionda gərginliyin artmasına gətirib çıxara biləcəyini deyib.

    "Hazırda regionun bütün ölkələri gərginliyin qarşısını almaq üçün qərarlar qəbul edərkən təmkinli və məsuliyyətli olmalıdırlar" - deyə, M.Zərifi bildirib. Nazir həmçinin qeyd edib ki, İran beynəlxalq koalisiyanın terrorla mübarizə üçün seçdiyi üsulları dəstəkləmir. 

    Qeyd edək ki, oktyabr ayının 2-də Türkiyə parlamenti milli silahlı qüvvələrinə İraq və Suriya ərazisində "İslam Dövləti" qruplaşmasına qarşı əməliyyatlarda iştirak etməyə icazə verib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi