​İran Suriyaya xüsusi təyinatlı hərbçilər göndərib

​İran Suriyaya xüsusi təyinatlı hərbçilər göndərib Onlar Bəşşar Əsəd rejiminə aid silahlıları təlimatlandıracaq
Region
4 Aprel , 2016 13:31
​İran Suriyaya xüsusi təyinatlı hərbçilər göndərib

Bakı. 4 aprel. REPORT.AZ/ İran Suriyaya xüsusi təyinatlı hərbi dəstələr göndərib.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bu haqda İslam Respublikası Quru Qoşunları komandanlığının koordinatoru,  briqada generalı Əli Arastə bildirib.

Onun sözlərinə görə, 65-ci briqadanın xüsusi təyinatlıları Suriyada Bəşşar Əsəd rejiminə aid silahlıları təlimatlandıracaq.

Qeyd edək ki, İran hərbiçiləri Suriyadakı döyüşlərdə Bəşşar Əsədə yardım edir. Suriyadakı döyüşlərdə ölən hərbçilərinin daha çox "könüllü" olduğunu bildirir. İran İnqilab Keşikçiləri Qvardiyası isə bu ölkədəki silahlı münaqişədə ölən hərbçilərinin "təqaüdçü", "sabiq əsgər", yaxud "müşavir" kimi təqdim edir.  

Son xəbərlər

Orphus sistemi