​İran Suriya ilə bağlı məsləhətləşmələrə dəvət olunacaq

​İran Suriya ilə bağlı məsləhətləşmələrə dəvət olunacaq Tədbir mayın 4-də Cenevrədə keçiriləcək
Region
25 Aprel , 2015 07:56
​İran Suriya ilə bağlı məsləhətləşmələrə dəvət olunacaq

Bakı. 25 aprel. REPORT.AZ/ İranın nümayəndəsi Cenevrədə keçiriləcək Suriya üzrə məsləhətləşmələrdə iştirak edə bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq dəvət ilə BMT Təhlükəsizlik Şurasının qapalı görüşü zamanı qurumun baş katibinin xüsusi elçisi Staffan de Mistura çıxış edib.

"İran BMT-nin üzv ölkəsidir, regionda mühüm oyunçudur. Onun Suriyada baş verənlərə təsiri var. BMT və şəxsən mənim hamını, eləcə də İranı dəvət etmək hüququm var", - deyə Mistura bildirib.

Suriya məsələsi ilə bağlı məsləhətləşmələr mayın 4-də Cenevrədə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi