Bakı. 28 aprel. REPORT.AZ/ İranın "Sunir" şirkətinə İslam Respublikası ilə Errmənistan arasında yüksək gərginlikli elektrik xəttinin çəkilməsinə icazə verilib.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Qeyd edək ki, iki ölkə arasında bu layihə ilə bağlı memorandum 2006-cı ildə imzalanıb. Bu xətt İrandan Ermənistanın Megri, daha sonra Razdan rayonuna çəkiləcək. Proqramın davamı olaraq, layihə Gürcüstanda həyata keçiriləcək.