Yuxarı
    Bağlamaq

    İran səfiri: "Türkiyənin İran xalqına yardımlarını heç vaxt unutmayacağıq"

    Əlirza Bikdili Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrdən İran hakimiyyətinin narahat olmadığını da bildirib

    Bakı. 13 fevral. REPORT.AZ/ "Sanksiyaların tətbiq edildiyi illərdə Türkiyənin İran xalqına yardımlarını heç vaxt unutmayacağıq".

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu İranın Türkiydəki səfiri Əlrza Bikdili vida ziyafətində bildirib.

    "Sanksiyalar dönəmində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 23 milyard dollar oldu. Bunu 35 milyard dollara çatdıra bilərik. Sanksiyaların tətbiq edildiyi illərdə Türkiyənin İran xalqına yardımlarını heç vaxt unutmayacağıq. Bundan sonra enerji sahəsində iş birliyimiz daha sürətlə davam edəcək. İran kimi böyük bir bazarın rəqiblərinizin əlinə keçməməsi üçün təcili olaraq, fəaliyyətə başlayın", - səfir vurğulayıb.

    Səfir diplomatik dillə Türkiyənin İsraillə əlaqəsini bərpa etməsini istəmədiklərini, terrorçu PKK qruplaşmasının Suriyadakı qolu "PYD" ilə bağlı narahatlığını rəsmi Tehranın anlayışla qarşıladığını söyləyib. O, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrdən İran hakimiyyətinin narahat olmadığını da bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi