İran saxlanılan İsveç tankerindən bir neçə dənizçini azad edib

İran saxlanılan İsveç tankerindən bir neçə dənizçini azad edib İran iyul ayında saxlanılan İsveçə məxsus Stena Impero tankerindən bir neçə dənizçini azad edib.
Region
5 Sentyabr , 2019 01:34
İran saxlanılan İsveç tankerindən bir neçə dənizçini azad edib

İran iyul ayında saxlanılan İsveçə məxsus "Stena Impero" tankerindən bir neçə dənizçini azad edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Marqot Vallstryom deyib.

"İsveç şirkətinə məxsus və Britaniya bayrağı altında üzən "Stena Impero" tankerinin heyət üzvlərindən bir hissəsinin sərbəst buraxıldığını rahatlıqla deyə bilərik. Səbrsizliklə komandanın qalan hissəsinin buraxılmasını gözləyirik. Bu, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə apardığım danışıqların mövzularından biri idi. Dialoq güclü bir siyasi alətdir", - deyə Vallstryom öz "Twitter" hesabında yazıb.

Fars körfəzi bölgəsində vəziyyət, İslam İnqilabı Keşikçilər Korpusu Hərbi Dəniz Qüvvələrinin (İİKK, İran Silahlı Qüvvələrinin bir hissəsi) iyulun 19-da axşam Britaniya bayrağı altında üzən "Stena Impero" tankerini İranın ərazi sularında saxlamasından və Bəndər Abbas limanına aparmasından sonra gərginləşməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi