​İran sanksiyaların ləğvindən sonra Avropaya neft ixrac etməyə hazırdır

​İran sanksiyaların ləğvindən sonra Avropaya neft ixrac etməyə hazırdır "İran Avropanın bu gün neftə olan tələbatının yarısını təmin edə bilər"
Region
17 May , 2015 13:27
​İran sanksiyaların ləğvindən sonra Avropaya neft ixrac etməyə hazırdır

Bakı. 17 may. REPORT.AZ/ İran ölkəyə qarşı tətbiq olunan qadağaların ləğvindən dərhal sonra Avropa dövlətlərinə neft ixracına başlamağa hazırdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İSNA agentliyinə müsahibəsində İran İslam Respublikasının Neft Nazirliyinin nümayəndəsi və İran Dövlət Neft Şirkətinin beynəlxalq məsələlər üzrə direktoru Möhsün Kəmsari bildirib.

"İran bu gün Avropanın neftə olan tələbat həcminin təqribən yarısını təmin edə bilər. Müqavilələr Avropa ölkələri digər neft tədarükçüləri ilə əməkdaşlığı dayandırmayınca və yeni uzunmüddətli sazişlərə hazır olmayınca spot sövdələşmələr əsasında bağlanacaq", - deyə Kəmsari qeyd edib.

Neft bazarında spot ticarət qısa sövdələşmələri, bir qayda olaraq məhdud həcmdə neft və ya neft məhsulları partiyasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi