​İran Rusiyanın "yandex" saytına girişi bağlayıb

​İran Rusiyanın "yandex" saytına girişi bağlayıb Şirkətin rəhbərliyi İslam Respublikasının telekommunikasiya və rabitə üzrə nəzarət qurumuna da müraciət edib
Region
17 Mart , 2016 11:43
​İran Rusiyanın yandex saytına girişi bağlayıb

Bakı. 17 mart. REPORT.AZ/ İranın xüsusi xidmət orqanı "yandex.com" internet portalını "islam dəyərlərinə cavab vermədiyi üçün" bağlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın İrandakı səfirliyinin mətbuat attaşesi də təsdiqləyib.

Məlumata görə, "Yandex" rəhbərliyi saytın İranda bağlanmasını inkar etməsə də, bunun "mərkəzləşdirilmiş" qaydada edildiyinə və ümumiyyətlə İran hakimiyyətinin etdiyinə dair sübutu yoxdur.

Qeyd edək ki, 2015-ci ilin oktyabrında İranın səlahiyyətli dövlət orqanları tərəfindən "Yandex"in bağlanması məsələsi Rusiyanın uyğun qurumları qarşısında qaldırılıb.

İnternet şirkətinin rəhbərliyi problemlə bağlı Rusiyanın İrandakı səfirliyinə, İslam Respublikasının telekommunikasiya və rabitə üzrə nəzarət qurumuna yazılı müraciət edib. 

Son xəbərlər

Orphus sistemi