İran Rusiyadan təyyarə alacaq

İran Rusiyadan təyyarə alacaq Aleksandr Novak: “Biz İran tərəfinə “İl-114” tipli təyyarənin birgə istehsalını da təklif etmişik”
Region
22 Fevral , 2017 14:52
İran Rusiyadan təyyarə alacaq

Bakı. 22 fevral. REPORT.AZ/ İran yaxın zamanlarda Rusiyadan 12 “Sukhoi Superjet 100” tipli təyyarə alacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, Rusiyanın energetika naziri Aleksandr Novak “Rossiya 24” telekanalına müsahibəsində bunu təsdiqləyib.

Nazir Rusiya təyyarələrinin İranda komplektləşdirliməsi məsələsini nəzərdən keçirməyə hazır oldqularını da vurğulayıb: “Biz İran tərəfinə “İl-114” tipli təyyarənin birgə istehsalını da təklif etmişik. Bizim şirkətlər iranlı tərəfdaşlarmızla birgə bu məsələyə dair konkret təklif və qərar üzərində işləyirlər”.

Son xəbərlər

Orphus sistemi