​İran Rusiya ilə birgə iki yeni AES inşa edəcək

​İran Rusiya ilə birgə iki yeni AES inşa edəcək İranı 20 min meqavat elektrik enerjisi ilə təmin etmək zərurəti yaranıb
Region
14 Avqust , 2016 11:18
​İran Rusiya ilə birgə iki yeni AES inşa edəcək

Bakı. 14 avqust. REPORT.AZ/ Tehran Moskva ilə əməkdaşlıq çərçivəsində iki yeni atom elektrik stansiyası inşa edəcək.

"Report" xəbər verir ki, bu barədə ölkə parlamentinin milli müdafiə və xarici siyasət komitəsinin üzvü Seyid Hüseyn Nakavi Hüseyniyə istinadən "Shana" agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, ölkə parlamenti İranı 20 min meqavat elektrik enerjisi ilə təmin etmək zərurətinin yarandığını bəyan edib ki, bu da 10 AES-in inşasını tələb edir.

Son xəbərlər

Orphus sistemi