​İran rəsmisi: "Yekun razılaşmanın mətni ilə bağlı vacib nailiyyət əldə etmişik"

​İran rəsmisi: "Yekun razılaşmanın mətni ilə bağlı vacib nailiyyət əldə etmişik" Xarici işlər nazirinin müavini müzakirələrin davam etdiyini bildirib
Region
4 İyun , 2015 14:02
​İran rəsmisi: Yekun razılaşmanın mətni ilə bağlı vacib nailiyyət əldə etmişik

Bakı. 4 iyun. REPORT.AZ/ Tehranın nüvə proqramı üzrə İranla "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında danışıqlarda vacib irəliləyiş əldə edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Abbas Arakçi bildirib.

"Biz yekun razılaşmanın mətni ilə bağlı vacib nailiyyət əldə etmişik. Əlavə işlərə dair uğurlar az olduğundan müzakirələr davam etdirilir", - o vurğulayıb.

Qeyd edək ki, bu il iyunun 30-dək İranın nüvə proqramı üzrə yekun sənəd imzalanmalıdır. Həmin sənəddə İrana qarşı beynəlxalq sanksiyaların ləğvi də nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi