Yuxarı

​İran rəsmisi: "Türkiyə ilə aramızdakı Gürbulaq-Bazargan sərhəd-keçid qapısı bağlanıb"

Ötən gün İrana aid bir yük maşını Türkiyədə hücuma məruz qalıb

Bakı. 12 avqust. REPORT.AZ/ "Türkiyə ilə aramızdakı Gürbulaq-Bazargan sərhəd-keçid qapısı bağlanıb".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu İranın nəqliyyat və şəhərsalma nazirinin müavini Davud Keşaverzian bildirib.

Onun sözlərinə görə, ötən gün İrana aid bir yük maşını Türkiyədə hücuma məruz qalıb: "Ona görə də keçid məntəqəsində İrandan Türkiyəyə buraxılış dayandırılıb".

Nazir müavini hücumlarla bağlı Türkiyənin İrandakı səfiri Rıza Hakan Təkinlə görüşdüyünü və ölkəsinin bu məsələyə etirazını çatdırdığını söyləyib.

Qeyd edək ki, avqustun 10-da İranın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının Türkiyəyə quru yolu ilə səfər etməkdən çəkinməyə çağırmışdı, nazirlik həmin müraciətində Türkiyənin şərqində baş verən bəzi hadisələrə görə qonşu ölkəyə quru yolu ilə deyil, təyyarələrlə səfər etməyi məsləhət görmüşdü.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi