​İran rəsmisi: "Çexiya bankı Rəşt-Astara dəmir yolu xəttinə sərmayə qoymağa hazırdır"

​İran rəsmisi: "Çexiya bankı Rəşt-Astara dəmir yolu xəttinə sərmayə qoymağa hazırdır" Möhsün Purseyid Ağayi: "Bu layihənin əsas məqsədi xarici dəmir yolları şəbəkəsinə qoşulmaqdır"
Region
9 Fevral , 2016 16:53
​İran rəsmisi: Çexiya bankı Rəşt-Astara dəmir yolu xəttinə sərmayə qoymağa hazırdır

Bakı. 9 fevral. REPORT.AZ/ Çexiya Respublikası Rəşt-Astara (İran) dəmir yolunun maliyyə təminatına hazır olduğunu açıqlayıb. 

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası Dəmir Yolları Şirkətinin icraçı direktoru Möhsün Purseyid Ağayi deyib.

Onun sözlərinə görə, Çexiya banklarından biri bu layihəni maliyyələşdirmək istədiyini açıqlayıb.

İcraçı direktor bildirib ki, Rəşt-Astara dəmir yolunun tikintisi ölkəsi üçün prioritet təşkil edir: "Bu layihənin əsas məqsədi xarici dəmir yolları şəbəkəsinə qoşulmaqdır".

O, Əfqanıstan istiqamətində tikilən dəmir yolu xətlərinin də cari il martın sonunadək istismara veriləcəyini söyləyib.

Qeyd edək ki, Möhsün Purseyid Ağayi bir müddət öncə Qəzvin-Rəşt-Astara dəmir yolu xəttində işlərin 80 faiz başa çatdığını bildirmişdi. Bu xətt "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olub, gələcəkdə Azərbaycanın Astara bölgəsindəki dəmir yolu xəttinə birləşəcək. Ancaq bu istiqamətdə hələlik bir iş görülməyib.

Son xəbərlər

Orphus sistemi