Yuxarı
    Bağlamaq

    İran rəsmisi: "Bölgədə istənilən separatçılığa qarşıyıq"

    Əli Əkbər Vilayəti: Separatçılıq dünyada sülhün qorunmasına maneədir

    Bakı. 7 sentyabr. REPORT.AZ/ "Bölgədə istənilən separatçılığa qarşıyıq".

    "Report" "Mehrnews"a istinadən xəbər verir ki, bunu İranın Ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin baş müşaviri, keçmiş xairic işlər naziri Əli Əkbər Vilayəti Fransa parlamentinin Aşağı Palatasının (Milli Assambleya) sədri Klod Bartolome ilə görüşdə bildirib.

    "Separatçılıq müharibələrin davam etməsinə və bütün dünyada sülhün qorunmasına maneədir",- deyə Ə.Vilayəti vurğulayıb.

    Görüşdə iki ölkə arasında münasibətlərin normallaşması və terrorçuluğa qarşı mübarizə məsələlərindən söz açılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi