İran rəsmisi: “Ağır su reaktorundakı yenidənqurma işləri 2022-ci ilədək başa çatacaq”

İran rəsmisi: “Ağır su reaktorundakı yenidənqurma işləri 2022-ci ilədək başa çatacaq” Yeni layihə "Xəndab" adlanır
Region
25 Avqust , 2017 15:47
İran rəsmisi: “Ağır su reaktorundakı yenidənqurma işləri 2022-ci ilədək başa çatacaq”

Bakı. 25 avqust. REPORT.AZ/ İran Ərak şəhərində yerləşən ağır su reaktorunun yenidənqurulması üzrə layihə 2022-ci ilədək başa çatacaq.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi üzrə Təşkilatı sədrinin müavini Bəhruz Kamalvəndi bildirib.

Onun sözlərinə görə, yeni layihə "Xəndab" adlanır: “Onun 2022-ci ilədək başa çatması üçün işlər qrafikə uyğun aparılır”.

Qeyd edək ki, bu ilin aprelində Çinlə İran arasında Ərakdakı ağır su rekatorununu yenidənqurulması ilə bağlı ilk kommersiya müqaviləsi bağlanıb.

Son xəbərlər

Orphus sistemi