Yuxarı

​İran raket istehsalını artırmaq niyyətindədir

Müdafiə naziri: Biz öz raketlərimizin layihələndirilməsi, istehsalı və sınaqdan çıxarılmasını dayandırmamışıq

Bakı. 22 dekabr. REPORT.AZ/ İran raket istehsalını artırmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə İranın müdafiə naziri, briqada generalı Hüseyn Dehqan ölkənin şimalında yerləşən Sari şəhərində çıxışı zamanı bildirib.

"Biz öz raketlərimizin layihələndirilməsi, istehsalı və sınaqdan çıxarılmasını dayandırmamışıq, əksinə, biz onların istehsalını hətta artırmışıq", - deyə o bildirib.

Bununla yanaşı, nazir vurğulayıb ki, "Tehranın heç zaman öz raketləri üçün nüvə başlıqları yaratmaq planları olmayıb". Lakin, Dehqan əlavə edib ki, hərbi texnika və silahın daima yenilənməsi və təkmilləşdirilməsi İranın düşmənlərdən müdafiənin təmin olunmasına yönəlmiş hərbi proqrmı üçün gündəliyin birinci sətirlərində yer alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi