İran Qətərə hava məkanından uçuşlar təşkil etməyə icazə verib

İran Qətərə hava məkanından uçuşlar təşkil etməyə icazə verib İranın Mülki Aviasiya Təşkilatı: Təhlükəsiz beynəlxalq uçuşların qrafikə uyğun şəkildə təşkili üçün regionda bütün lazımi tədbirlər görüləcək
Region
7 İyun , 2017 16:19
İran Qətərə hava məkanından uçuşlar təşkil etməyə icazə verib

Bakı. 7 iyun. REPORT.AZ/ İranın Mülki Aviasiya Təşkilatı Qətərin "Qatar Airways" aviaşirkətinə ölkənin hava məkanında uçuşlar həyata keçirməyə icazə verib.

"Report" İranın "Mehr" xəbər agentliyinə istinadən məlumat verir ki, Mülki Aviasiya Təşkilatından təhlükəsiz beynəlxalq uçuşların qrafikə uyğun şəkildə təşkili üçün regionda bütün lazımi tədbirlər görüləcək.

Qeyd edək ki, iyunun 5-də Qətərin miili avaişirkəti - "Qatar Airways" şirkəti Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirə bütün uçuşları dayandırıb.

Son xəbərlər

Orphus sistemi