Yuxarı

​İran Qərbə ekstremizmlə mübarizədə əməkdaşlıq təklif edib

Əgər biz bütün gücümüzü ekstremizmə qarşı qoymasaq, o özü bizimlə qarşıdurmaya girəcək

Bakı. 9 İyul. REPORT.AZ/ İranın xarici işlər naziri Cavad Zərif Qərb ölkələrinə Tehranın nüvə proqramı üzrə sazişin bağlanmasından sonra ekstremizmlə mübarizədə əməkdaşlıq təklif edib.

"Report" xəbər verir ki, bu barədə onun Böyük Britaniyanın "Financial Times" qəzetinin saytında dərc olunan məqaləsində bildirilir.

"Əvvəlcə atom sövdələşməsi, ardınca ekstremizmə qarşı əməkdaşlığın xeyrinə seçim etmək lazımdır. İranı nəyəsə məcbur etməyi unudun, ölkəmiz terrorçuluq ilə mübarizədə əməkdaşlıq etmək istəyir", - deyə Zərif qeyd edib.

"Biz son 21 ayda ölkəmizin nüvə proqramı ilə bağlı danışıqlarda uzun yol qət etmişik. İran və onun tərəfdaşları heç vaxt yekun sazişə bu qədər yaxın olmayıblar", - deyə İranın XİN rəhbəri diqqətə çatdırıb.

O ümid etdiyini bildirib ki, nüvə proqramı üzrə saziş əldə olunduqdan sonra sözügedən tərəfdaşlar əməkdaşlıq və münaqişə arasında tarixi seçim edəcəklər.

"Əgər biz bütün gücümüzü sipər kimi ekstremizm və zorakılığa qarşı qoymasaq, o özü bizimlə qarşıdurmaya girəcək", - deyə nazir qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi