​İran prezidentinin yəhudilərə təbrikindən: "Qoy, gələn il sizin üçün yaxşı olsun"

​İran prezidentinin yəhudilərə təbrikindən: "Qoy, gələn il sizin üçün yaxşı olsun" Həsən Ruhani dünya yəhudilərini Yeni il münasibətilə təbrik edib
Region
14 Sentyabr , 2015 16:42
​İran prezidentinin yəhudilərə təbrikindən: Qoy, gələn il sizin üçün yaxşı olsun

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Qoy, gələn il sizə xoş olsun!" "Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Həsən Ruhani dünya yəhudilərini Yeni il münasibətilə təbrikində bildirib.

"Qoy, bizim ümumi İbrahim dinimizin kökləri qarşlıqlı hörmət, sülh və anlaşmanı dərinləşdirsin", - o, vurğulayıb.

Qeyd edək ki, İranın Tehran, İsfahan, Şiraz şəhərlərində yəhudilər yaşayır. Son 36 ildə İranla İsrail arasında diplomatik münasibətlər kəsilib. Ötən həftə isə İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamenei 25 ildən sonra İsrailin dağılacağını bildirib.

Xatırladaq ki, dünən yəhudilər 5776-cı ilin gəlişini qarşılayıblar. 

Son xəbərlər

Orphus sistemi