Bakı. 16 dekabr. REPORT.AZ/ İran Prezidenti Həsən Ruhaninin Rusiyaya səfəri gələn ilin yanvar ayına planlaşdırılıb.
"Report" xəbər verir ki, bu barədə TASS məlumatlı mənbəyə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, H.Ruhaninin səfərinə hazırlıq məqsədi ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dekabr ayında Moskvaya gedəcək.