​İran prezidentinin Avstriyaya səfəri təxirə salınıb

​İran prezidentinin Avstriyaya səfəri təxirə salınıb Səfər martın 30-31-nə nəzərdə tutulmuşdu
Region
29 Mart , 2016 19:43
​İran prezidentinin Avstriyaya səfəri təxirə salınıb

Bakı. 29 mart. REPORT.AZ/ Martın sonunda İran prezidenti Həsən Ruhaninin Avstriyaya nəzərdə tutulan səfəri təhlükəsizlik baxımından təxirə salınıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Avstriya prezidentinin dəftərxanası məlumat yayıb.

"İran tərəfi prezident Ruhani və onu müşayiət edən nümayəndə heyətinin martın 30-31-nə nəzərdə tutulmuş səfərini təhlükəsizlik baxımından təxirə salıb", - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi