Yuxarı

​İran prezidentinin Avropaya səfəri başlayıb

Həsən Ruhani İtaliyadan sonra Fransaya gedəcək

Bakı. 25 yanvar. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani İtaliyaya rəsmi səfərə yola düşüb.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, İran rəhbərini səfərdə ölkənin iqtisadi-siyasi sahələrində çalışan yüksək səviyyəli nümayandə heyəti müşayiət edir.

Xəbərdə bildirilib ki, o, səfər çərçivəsində İtaliya prezidenti Sergio Mattarella, baş nazir Matteo Renzi, italiyalı iş adamları, Roma Papası Fransisk və Vatikanın baş naziri ilə görüşəcək.

Yanvarın 27-də isə H.Ruhani Fransaya gedəcək. Onun ölkə prezidenti Fransua Olland, hökumət nümayəndələri və iş adamları ilə görüşü gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi