​İran prezidentinin apreldə səfər edəcəyi ölkələrin adları açıqlanıb

​İran prezidentinin apreldə səfər edəcəyi ölkələrin adları açıqlanıb Onu siyasətçilərlə yanaşı iş adamları və sənaye sahəsinin təmsilçiləri müşayiət edəcək
Region
1 Mart , 2016 14:30
​İran prezidentinin apreldə səfər edəcəyi ölkələrin adları açıqlanıb

Bakı. 1 mart. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani aprel ayında Pakistan, İraq və Avstriyaya səfər edəcək.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İranın ticarət palatasının sədri Möhsün Cəlalpur bildirib.

Onun sözlərinə görə, aprelin ilk günlərində Həsən Ruhani Pakistana səfər edəcək, oradan isə İraqa yollanacaq. Aprelin ikinci həftəsində isə o, Avstriyaya yola düşəcək.

Səfərlər çərçivəsində siyasi, iqtisadi-ticarət əlaqələrinin genişləndirliməsinə dair müzakirələrin aparılması və müqavilələrin imzalanması nəzərdə tutulub.

Möhsün Cəlalpur deyib ki, səfər zamanı ölkə prezidentini siyasətçilərlə yanaşı, iş adamları və sənaye sahəsinin təmsilçiləri müşayiət edəcək.

Qeyd edək ki, aprelin ortalarında Həsən Ruhaninin Türkiyəni ziyarəti də planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi