​İran prezidenti "Traktorsazi" ilə bağlı açıqlama verib

​İran prezidenti "Traktorsazi" ilə bağlı açıqlama verib Həsən Ruhani: ""Traktorsazi", sadəcə, Azərbaycana və Təbrizə aid deyil"
Region
21 May , 2015 13:56
​İran prezidenti Traktorsazi ilə bağlı açıqlama verib

Bakı. 21 may. REPORT.AZ/ "Traktorsazi" ilə bağlı olayda günahkar olan varsa, heç şübhəniz olmasın, hökumət onun cəzalandılırmasında tərəddüd etməyəcək".

"Report" xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Təbrizə səfəri zamanı bildirib.

O qeyd edib ki, "Traktorsazi", sadəcə, Azərbaycana və Təbrizə aid deyil, bütün İranın komandasıdır: "Hamımız bu komandanı çempion görmək istəyirdik. Heç kim İranın, eyni zamanda, Azərbaycan və Təbriz xalqının hissləri ilə oynaya bilməz. Bu olayda günahkar olan varsa, heç şübhəniz olmasın, hökumət onun cəzalandırılmasında tərəddüd etməyəcək".

Qeyd edək ki, futbol üzrə İran çempionatının sonuncu turunda Təbrizin “Traktorsazi” klubu Tehran təmsilçisi “Naft”ı qəbul edib. Qələbə qazanacaqları halda təbrizlilər İran çempionu olacaqdı. Mütəxəssislərin dediyinə görə, hakimin və uyğun qurumların saxtakarlığı nəticəsində "Traktorsazi" çempionluqdan məhrum edilib.

Oyundan sonra komandanın tərəfdarları baş verənlərə görə etiraz aksiyası keçiriblər. 

Son xəbərlər

Orphus sistemi