Yuxarı

​İran prezidenti Səudiyyə Ərəbistanını tənqid edib

“Aviahücumlar bütün region ölkələrində narazılıq yaradıb”

Bakı. 18 aprel. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani Yəməndə üsyançı husilərin bombardıman edilməsində iştirakına görə Səudiyyə Ərəbistanını tənqid atəşinə tutub.

“Report” BBC-yə istinadən xəbər verir ki, Milli Ordu Günü münasibəti ilə keçirilən tədbirdə çıxış edən prezident aviahücumların bütün region ölkələrində narazılıq yaratdığını vurğulayıb.

Səudiyyə Ərəbistanı prezident Əli Abdulla Salehiyə sadiq qüvvələrə və üsyançılara qarşı mübarizə aparan koalisiyaya başçılıq edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi