İran prezidenti postuna 1636 namizəd qeydə alınıb

İran prezidenti postuna 1636 namizəd qeydə alınıb Onlardan 1499 nəfəri kişi, 137-si qadındır
Region
16 Aprel , 2017 01:09
İran prezidenti postuna 1636 namizəd qeydə alınıb
Kommersant

Bakı. 16 aprel. REPORT.AZ/ Mayın 19-da İranda keçiriləcək prezident seçkilərinə namizədlərin qeydiyyatı başa çatıb.

“Report” xəbər verir ki, İran Daxili İşlər Nazirliyinin açıqladığı məlumata əsasən, beş gün davam edən qeydiyyat kampaniyasının nəticəsinə görə, 1636 nəfər – 1499 kişi və 137 nəfər qadın namizəd vəsiqəsi alıb.

Sonuncu qeydiyyata alınanlardan biri Tehran meri Məhəmməd Baqir Qalibaf, digəri isə İranın birinci vitse-prezidenti İshaq Cahangiridir. Cümə günü seçkiqabağı yarışmaya onun iki şəksiz favoriti – hazırkı prezident Həsən Ruhani və “İranın İnqilabi Qüvvələrinin Xalq Cəbhəsi” Mühafizəkar partiyaları alyansından namizəd olan İbrahim Raisidir. Əsas mübarizənin onların arasında gedəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi