​İran prezidenti: "Neftin indiki qiyməti dünya bazarında sabitliyə zərər vurur"

​İran prezidenti: "Neftin indiki qiyməti dünya bazarında sabitliyə zərər vurur" Delsi Elonia Rodriqez: "Venesuela üçün İran dost və strateji ortaqdır"
Region
21 Aprel , 2015 09:43
​İran prezidenti: Neftin indiki qiyməti dünya bazarında sabitliyə zərər vurur

Bakı. 21 aprel. REPORT.AZ/ "Neftin indiki qiyməti hasilatçılara, dünya bazarında sabitliyə zərər vurur".

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Venesuelanın xarici işlər naziri Delsi Elonia Rodriqezlə görüşdə bildirib.

"İxracatçı ölkələrin neft bazarında balans yaratmaq üçün göstərdikləri birgə səyi davam etdirəcəklərinə və neftin qiymətində tarazlığın, sabitliyin yaranaraq hamının ondan faydalanacağına ümid edirəm", - Ruhani deyib.

Görüşdə xanım Delsi Elonia Rodriqez iki ölkə arasında əlaqələrin möhkəmlənməsinin vacibliyini vurğulayıb: "Venesuela üçün İran dost və strateji ortaqdır. Xalqımız və dövlətimiz həmişə İranın yanında olacaq".

Son xəbərlər

Orphus sistemi