Bakı. 13 yanvar. REPORT.AZ/ "Dünya bazarında neftin qiymətini ucuzlaşdırmağı planlaşdıranlar, bu qərara görə, peşiman olacaqlar".
"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bildirib.
"Neftin qiymətinin düşməsindən İran əziyyət çəkəcəksə, Səudiyyə Ərəbistanı və Küveytə də ziyan dəyəcək", - o, vurğulayıb.