​İran prezidenti İtaliyada 17 mlrd. dollar həcmində müqavilə bağlayıb

​İran prezidenti İtaliyada 17 mlrd. dollar həcmində müqavilə bağlayıb İtaliya şirkətləri ilə sazişlər energetika və infrastruktur sahələrini əhatə edir
Region
26 Yanvar , 2016 07:35
​İran prezidenti İtaliyada 17 mlrd. dollar həcmində müqavilə bağlayıb

Bakı. 26 yanvar. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani İtaliyaya səfəri zamanı təqribən 17 milyard dollar həcmində müqaviləyə imza atıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, İtaliya şirkətləri ilə sazişlər energetika və infrastruktur sahələrini əhatə edir.

Ruhani imzalama mərasimindən sonra İtaliyanın baş naziri Mateo Rentsi ilə şam yeməyi üçün Kapitoliyə yollanıb. Çərşənbə axşamı İran prezidentinin Vatikanda Roma papası ilə görüşü nəzərdə tutulub. Daha sonra o, Parisə yola düşəcək. Orada "Airbus" şirkəti ilə İran arasında 100-dən çox təyyarənin alınmasına dair iri həcmli sazişin imzalanması planlaşdırılır.

İslam Respublikası liderinin Avropa turnesi 5 gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi