İran prezidenti Dini Ekspertlər Şurasına seçkilərdə liderliyi qoruyur

İran prezidenti Dini Ekspertlər Şurasına seçkilərdə liderliyi qoruyur Dini alim və şəriət bilicilərindən formalaşdırıldığı əsas götürülən şura üzvləri 8 il müddətinə seçilir
Region
27 Fevral , 2016 20:14
İran prezidenti Dini Ekspertlər Şurasına seçkilərdə liderliyi qoruyur

Bakı. 27 fevral. REPORT.AZ/ İranda ötən gün keçirilən İranın Dini Ekspertlər Şurasına (Xübreqan Məclisi) 5-ci çağırış seçkilərdə liderliyi ölkənin hazırki prezidenti Həsən Ruhani və keçmiş prezident ƏIiəkbər Haşimi-Rəfsəncani qoruyurlar. "Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Qeyd edək ki, ƏIiəkbər Haşimi-Rəfsəncani ilə Həsən Ruhani ümumi siyasi mövqeyi paylaşırlar.

Dini alim və şəriət bilicilərindən formalaşdırıldığı əsas götürülən şura üzvləri 8 il müddətinə seçilir.

Şura ölkənin ən ali qurumudur. O, ölkənin ali rəhbərini seçir. İndi bu vəzifədə ayətullah Seyid Əli Xameneidir. Ondan əvvəl isə ayətullah Xomeyni İranın ali rəhbəri olub.

Son xəbərlər

Orphus sistemi