​İran prezidenti "altılıq" dövlətlərinin liderlərinə məktub göndərib

​İran prezidenti "altılıq" dövlətlərinin liderlərinə məktub göndərib Həsən Ruhani nüvə proqramı ilə bağlı məsələdə ölkəsinin mövqeyini, müzakirələrin son vəziyyətini dəyərləndirib
Region
27 Mart , 2015 15:42
​İran prezidenti altılıq dövlətlərinin liderlərinə məktub göndərib

Bakı. 27 mart. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Çin və Rusiya) dövlətləri liderlərinin hər birinə məktub göndərib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran prezidentinin müavini Həmid Əbutalibi bildirib.

Onun sözlərinə görə, bu il martın 31-də İranın nüvə probleminə dair çərçivə anlaşmasının imzalanması planlaşdırılıb: "Həsən Ruhani həmin məktubda "altılıq" ölkələrinin liderlərinə bu məsələ ilə bağlı məktub göndərib".

Məlumatda bildirilib ki, o, nüvə proqramı ilə bağlı məsələdə ölkəsinin mövqeyini, müzakirələrin son vəziyyətini dəyərləndirib. 

Son xəbərlər

Orphus sistemi