​İran prezidenti: "ABŞ-la münasibətlərin tamamilə bərpasına ümid edirik"

​İran prezidenti: "ABŞ-la münasibətlərin tamamilə bərpasına ümid edirik" Həsən Ruhani: "ABŞ şirkətləri ilə ortaq məhsul istehsal etməyə və amerikalıların sərmayələrini qəbul etməyə hazırıq"
Region
27 Yanvar , 2016 15:06
​İran prezidenti: ABŞ-la münasibətlərin tamamilə bərpasına ümid edirik

Bakı. 27 yanvar. REPORT.AZ/ "Sanksiyaların qaldırılması İran-ABŞ münasibətlərindəki problemləri həll etmir. Biz ABŞ-la münasibətlərin tamamilə bərpa olunacağına ümid edirik".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Romada keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasındakı gərginliyin aradan qaldırılması Tehrandan deyil, Vaşinqtondan asılıdır.

İran prezidenti sanksiyaların ləğvindən sonra ABŞ-dan mülki təyyarə almalarının, bu ölkəyə xalça, püstə və başqa yerli məhsullar satmalarının mümkün olacağını söyləyib.

H.Ruhani ABŞ şirkətləri ilə ortaq məhsul istehsal etməyə və amerikalıların sərmayələrini qəbul etməyə hazır olduqlarını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi