Yuxarı

​İran "Pokemon Go" oyununu qadağan edib

Bu addım təhlükəsizlik məqsədi ilə atılıb

Bakı. 5 avqust. REPORT.AZ/ İran dünya dövlətləri arasında ilk dəfə olaraq smartfonlar üçün nəzərdə tutulmuş məşhur "Pokemon Go" oyununu qadağan edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu addım təhlükəsizlik məqsədi ilə atılıb.

Qadağanın daha detallı səbəbi açıqlanmır. Qərar İslam Respublikasının Virtual Məkan Ali Şurası tərəfindən qəbul olunub.

"Pokemon Go" rəqəmsal və real dünyanı özündə birləşdirən pulsuz oyundur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi