​İran pilotsuz kəşfiyyat aparatını vurduğunu bəyan edib

​İran pilotsuz kəşfiyyat aparatını vurduğunu bəyan edib Həmin qurğunun mənsubiyyəti bilinmir
Region
22 Avqust , 2015 17:34
​İran pilotsuz kəşfiyyat aparatını vurduğunu bəyan edib

Bakı. 22 avqust. REPORT.AZ/ İranın Raket Hücumundan Müdafiə (RHM) Qoşunları ölkənin qərbində - Kirmanşah əyaləti istiqamətində pilotsuz uçan kəşfiyyat aparatını vurub.

"Report" xəbər verir ki, bu haqda İRNA məlumat yayıb.

"Ölkənin qərbində aparatı aşkarlayaraq vurduq", - İran RHM Qoşunlarının Kirmanşah əyalətindəki komandiri Fərzad Ferudini bildirib.

Onun sözlərinə görə, bir ildə İranın hava sərhədi 12 dəfə pozulub. Komandir vurduqları pilotsuz təyyarənin mənsubiyyətinin bilinmədiyini də vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi