İran parlamentinin sədri: "Şimal-Cənub" bütün region üçün strateji layihədir"

İran parlamentinin sədri: "Şimal-Cənub" bütün region üçün strateji layihədir" Əli Laricani: "Bu cür layihə region ölkələri arasında qarşılıqlı investisiya yatırımlarının artmasına yardım edəcək"
Region
21 Aprel , 2016 16:03
İran parlamentinin sədri: Şimal-Cənub bütün region üçün strateji layihədir

Bakı. 21 aprel. REPORT.AZ/ "Şimal-Cənub" nəqliyyat dəhlizinin marşrutunun keçdiyi bütün ölkələr Fars körfəzinə və Aralıq dənizinə çıxış əldə edəcək".

"Report" xəbər verir ki, bunu İran parlamentinin sədri Əli Laricani TASS agentliyinə müsahibəsində deyib.

Bu bizim region üçün strateji layihədir. Mərkəzi və Orta Asiya ölkələri, Azərbaycan, Rusiya ilə bütün regional danışıqlarda çox vacib olan bu məsələyə diqqət ayrılır", - deyə o vurğulayıb.

Spiker bu cür layihənin region ölkələri arasında qarşılıqlı investisiya yatırımlarının artmasına yardım edəcəyini də əlavə edib.

"Gündəlikdə həmçinin dəmiryolu xətlərinin tikintisi və istifadə məsələləri də var", - deyə Ə.Laricani fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi