Yuxarı

​İran parlamentinin sədri Rusiyaya səfər edib

Əli Laricani deyib ki, Rusiya başqa dövlətlərin parlamentləri ilə əməkdaşlıq edərək, yeni qurum yaratmaq istəyir

Bakı. 19 aprel. REPORT.AZ/ İran parlamentinin sədri Əli Laricani Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin dəvəti ilə Moskvaya səfər edib.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, Ə.Laricani deyib ki, Rusiya başqa dövlətlərin parlamentləri ilə əməkdaşlıq edərək, yeni qurum yaratmaq istəyir: "Hazırda Orta Şərqdə bir sıra əhəmiyyətli proseslər yaşanır. Digər tərəfdən isə iqtisadi baxımdan region inkişaf edir. Bundan başqa bölgəmiz təhlükəsizlik sahəsində böhranlarla üz-üzədir. İran hesab edir ki, belə şəraitdə müqavimət göstərmək üçün yeni qurumların yaradılması doğrudur. Parlamentimiz bu təklifi müsbət dəyərləndirir".

Məlumata görə, Əli Laricaninin başçılıq etdiyi heyət yeni yaradılması nəzərdə tutulan "Avrasiya Sədrlər Forumu"nda başqa dövlətlərin parlament təmsilçiləri ilə görüşlər də keçirməyi planlaşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi