​İran parlamentinə sədr seçilib

​İran parlamentinə sədr seçilib Səsvermədə iştirak edən 263 deputatdan 205-i yeni sədrin lehinə səs verib
Region
26 May , 2015 11:22
​İran parlamentinə sədr seçilib

Bakı. 26 may. REPORT.AZ/ Əli Laricani yenidən İran İslam Şurası Məclisinin (parlament) sədri seçilib.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Səsvermədə iştirak edən 263 deputatdan 205-i Əli Laricaninin lehinə səs verib.

Digər namizəd - Ruhulla Hüseynianın lehinə isə 36 deputat səs verib. 22 bülleten etibarsız sayılıb.

Əbuturabifərd 231, Məhəmmədrza Bahünər 192 səs toplayaraq, məclis sədrinin müvafiq olaraq birinci və ikinci müavini seçiliblər.

Qeyd edək ki, İran parlamentinin 290 üzvü var.

Son xəbərlər

Orphus sistemi