Yuxarı
    Bağlamaq

    İran parlamentinə hücum nəticəsində ölənlərin sayı 7-yə çatıb

    Parlamentin binasına hücumun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb© Tasnimnews.com

    Bakı. 7 iyun. REPORT.AZ/ İran parlamentinə hücum nəticəsində 7 nəfər ölüb, 4 nəfər girov götürülüb.

    “Report” xəbər verir ki, bu barədə “Təsnim” xəbər agentliyi məlumat yayıb.

    Xəbərdə bildirilib ki, İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) əsgərləri girovları azad etmək məqsədi ilə parlamentin binasına girib. Onlar terrorçulardan birini zərərsizləşdirib.

    “Al-Arabiyya”nın məlumatına görə, parlamentin binasına hücumun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.

    Qeyd edək ki, bir müddət əvvəl hücum nəticəsində 1 mühafizəçinin öldüyü, 8 nəfərin isə yaralandığı barədə xəbər yayılmışdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi