İran parlamentinə hücum nəticəsində ölənlərin sayı 7-yə çatıb

İran parlamentinə hücum nəticəsində ölənlərin sayı 7-yə çatıb Parlamentin binasına hücumun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb
Region
7 İyun , 2017 12:24
İran parlamentinə hücum nəticəsində ölənlərin sayı 7-yə çatıb
Tasnimnews.com

Bakı. 7 iyun. REPORT.AZ/ İran parlamentinə hücum nəticəsində 7 nəfər ölüb, 4 nəfər girov götürülüb.

“Report” xəbər verir ki, bu barədə “Təsnim” xəbər agentliyi məlumat yayıb.

Xəbərdə bildirilib ki, İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) əsgərləri girovları azad etmək məqsədi ilə parlamentin binasına girib. Onlar terrorçulardan birini zərərsizləşdirib.

“Al-Arabiyya”nın məlumatına görə, parlamentin binasına hücumun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.

Qeyd edək ki, bir müddət əvvəl hücum nəticəsində 1 mühafizəçinin öldüyü, 8 nəfərin isə yaralandığı barədə xəbər yayılmışdı.

Son xəbərlər

Orphus sistemi