İran parlamentinə hücum edənlərdən biri özünü partladıb

İran parlamentinə hücum edənlərdən biri özünü partladıb Şahidlər parlament binasından partlayış səsi eşidildiyini bildirib
Region
7 İyun , 2017 12:52
İran parlamentinə hücum edənlərdən biri özünü partladıb

Bakı. 7 iyun. REPORT.AZ/ İran parlamentinə hücum edənlərdən biri özünü parlament binasında partladıb.

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, şahidlər parlament binasından partlayış səsi eşidildiyini bildirib.

"Terrorçu-kamikadze özünü İran parlamentinin dördüncü mərtəbəsində partladıb", - "Mehr" xəbər agentliyi "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, dörd naməlum şəxs İran parlamentinə silahlı hücum edib. Məlumata görə, hücum nəticəsində 7 nəfər həlak olub, 8 nəfər yaralanıb. 4 nəfər isə girov götürülüb.

Son xəbərlər

Orphus sistemi