Yuxarı

İran parlamenti ölkə prezidentinə bir ay vaxt verib

İran parlamenti ölkə prezidentinə bir ay vaxt verib
© РИА Новости / Сергей Гунеев

Bakı. 1 avqust. REPORT.AZ/ İran parlamenti ölkə prezidenti Həsən Ruhaniyə hökumətin iqtisadi problemləri aradan qaldırmaq üzrə gördüyü tədbirlər barədə hesabat təqdim etmək üçün bir ay vaxt verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Qeyd edilir ki, qərarı parlament üzvlərinin dörddə birindən çoxu dəstəkləyib və bu, İslam Respublikasının konstitusiyasına əsasən, prezidentin cavab verməli olduğu anlamına gəlir.

Agentliyin məlumatına görə, parlament prezidentdən uzunmüddətli iqtisadi tənəzzül, bank sektorunda sanksiyaların uzadılması, milli valyutanın dəyərinin xarici valyutaya nisbətdə kəskin aşağı düşməsi, eləcə də hökumətin malların və valyutanın qiymətlərinə nəzarət etməyi və işsizliyin səviyyəsini azaltmağı bacarmaması kimi məsələlər üzrə hesabat verməyi tələb edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi