İran parlamenti narkotik tacirlərinə ölüm cəzasının əvəzlənməsi barədə qanun layihəsini təsdiqləyib

İran parlamenti narkotik tacirlərinə ölüm cəzasının əvəzlənməsi barədə qanun layihəsini təsdiqləyib Narkoticarətlə məşğul olanlar uzun müddətli həbs cəzasına məhkum ediləcəklər
Region
23 Noyabr , 2016 17:41
İran parlamenti narkotik tacirlərinə ölüm cəzasının əvəzlənməsi barədə qanun layihəsini təsdiqləyib

Bakı. 23 noyabr. REPORT.AZ/ İran parlamenti narkotik tacirlərinə ölüm cəzasının əvəzlənməsi barədə qanun layihəsini təsdiq edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, millət vəkilləri ən ağır cəza növünü 30 ilə qədər müddətə həbs cəzası ilə əvəzləməyi təklif ediblər.

Qeyd edək ki, bu qanun layihəsi İranda narkoticarətlə məşğul olanların ölüm cəzasına məhkum edilməsinə qarşı keçirilən kütləvi kampaniyadan sonra müzakirəyə çıxarılıb.

Son xəbərlər

Orphus sistemi