​İran parlamenti "altılıq"la əldə edilən razılaşmanı təsdiqləyib

​İran parlamenti "altılıq"la əldə edilən razılaşmanı təsdiqləyib 161 deputat sənədin lehinə, 59-u əleyhinə səs verib
Region
13 Oktyabr , 2015 11:47
​İran parlamenti altılıqla əldə edilən razılaşmanı təsdiqləyib

Bakı. 13 oktyabr. REPORT.AZ/ İran parlamenti atom proqramı üzrə Tehranla "altılıq" (ABŞ, Almaniya, Britaniya, Franasa, Rusiya və Çin) arasında əldə edilən yekun razılaşmanı təsdiqləyib.

"Report" xəbər verir ki, bu haqda İRNA məlumat yayıb.

Xəbərə görə, 161 deputat sənədin lehinə, 59-u əleyhinə səs verib, 13  isə bitərəf qalıb.

Qeyd edək ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei  təsdiqlədikdən sonra sənəd qüvvəyə minəcək.

Xatırladaq ki, bu ilin iyulunda İranla "altılıq" arasında əldə edilən razılaşmaya əsasən, İslam Respublikası nüvə proqramı ilə fəaliyyətində geri çəkilir, bunun qarşılığında isə onlara beynəlxalq sanksiyaların ləğvi vəd edilib.

Onu da qeyd edək ki, bir neçə gün öncə ayətullah Xamenei ABŞ-la danışıqları dayandırmağı məsləhət görüb. Onun sözlərinə görə, bu qadağanın İranın nüvə proqramı ilə bağlı danışıqlara da tətbiq ediləcəyi istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi