​İran KİV: Parlament seçkilərində mühafizəkarlar səslərin 54,5 faizini qazanıb

​İran KİV: Parlament seçkilərində mühafizəkarlar səslərin 54,5 faizini qazanıb Ölkə üzrə 207 seçki dairəsinin 48-də ikinci tur keçiriləcək
Region
29 Fevral , 2016 12:12
​İran KİV: Parlament seçkilərində mühafizəkarlar səslərin 54,5 faizini qazanıb

Bakı. 29 fevral. REPORT.AZ/ İran parlamentinə keçirilən seçkilərdə siyasi mənsubiyyətinə görə mühafizəkarlar 54,5 faiz, islahatçılar 29 faiz, mərkəzçilər və müstəqil namizədlər isə səslərin 16,5 faizini qazanıb.

"Report" xəbər verir ki, bu haqda İranın "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, Daxili İşlər Nazirliyi səsvermə bülletenlərinin sayılması prosesini başa çatdırmaq üzrədir.

Sayılan bülletenlərə əsasən, ölkə üzrə 207 seçki dairəsinin 48-də ikinci tur keçiriləcək. 182 yerə isə artıq deputat seçilib.

Qeyd edək ki, mərkəzçilər ölkə prezidenti Həsən Ruhaniyə bağlı olsa da, onları daha çox mühafizəkaryönlü siyasətçi sayırlar.  

Son xəbərlər

Orphus sistemi